Modern.az

Azərbaycan vətəndaşı Rusiyada yol qəzasında ÖLDÜ

Azərbaycan vətəndaşı Rusiyada yol qəzasında ÖLDÜ

Hadisə

6 Avqust 2025, 11:24

Azərbaycan vətəndaşı Rusiyada yol qəzasında ölüb.

Modern.az Apa-ya istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Araz Abbasəli oğlu Tagıyevi avtomobil vurub.

Hadisə zamanı ağır xəsarətlər alan Araz Tağıyev bir neçə gün xəstəxanada komatoz vəziyyətdə qalsa da, ötən gün ölüb.

Qeyd edək ki, Araz Tağıyev işləmək məqsədi ilə 4 ay əvvəl Rusiyanın Novosibirsk vilayətinə gedib.

Mərhumun cənazəsi bu gün ölkəyə gətiriləcək, o, doğulduğu Ucar rayonunun Lək kəndindəki qəbiristanlıqda dəfn olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza