Modern.az

Bakı-Qazax yolunda faciə - 7 nəfər ÖLDÜ - ADLAR

Bakı-Qazax yolunda faciə - 7 nəfər ÖLDÜ - ADLAR

Hadisə

7 Avqust 2025, 09:08

Şəmkirdə baş verən ağır qəzada ölən şəxlərin kimlikləri məlum olub.

Modern.az xəbər verir ki, ölən şəxslər aşağıdakılardır:

1992-ci il təvəllüdlü Şadət Bayramov

1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva

1977-ci il təvəllüdlü Aydın Pənahov

1962-ci il təvəllüdlü Qızxanım Tomayeva

2008-ci il təvəllüdlü Kənan Məmmədov

1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova

1966-ci il təvəllüdlü Arif Bağırov.

 

***

 

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb.

Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

***

Şəmkirdə 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub. Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:

- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini

- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini

- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini

- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini

- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı

Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.

Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1454168

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza