Modern.az

Yol polisi 7 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Yol polisi 7 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Hadisə

7 Avqust 2025, 10:00

BDYPİ Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb.

Bu barədə Modern.az-a BDYPİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir