Modern.az

Astarada 62 yaşlı kişi dənizdə boğuldu

Astarada 62 yaşlı kişi dənizdə boğuldu

Hadisə

7 Avqust 2025, 14:20

Astara rayonunda 62 yaşlı kişi dənizdə boğulub.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Şahağacı kəndində dəniz ərazisində baş verib.

Günorta saatlarında ərazidəki çimərlikdə uzaq məsafəyə üzən 1963-cü il təvəllüdlü kənd sakini Xanoğlan Museyib oğlu Əsədullayev dənizdə batıb. Ətrafdakıların köməyi ilə onun meyiti sudan çıxarılıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir