Modern.az

Bakı metrosunda uşaq DOĞULDU

Bakı metrosunda uşaq DOĞULDU

Hadisə

8 Avqust 2025, 08:56

Bu gün 8 avqust 2025-ci il, saat 07:40 radələrində “20 Yanvar” stansiyasında bir qadın dünyaya uşaq gətirib. 

Modern.az-a bu barədə Bakı Metropoliteni məlumat verib.

Hadisə zamanı stansiya əməkdaşları dərhal hərəkətə keçərək zəruri ilkin tibbi yardımı göstəriblər.

Çağırılmış təcili tibbi yardım briqadası qısa müddətdə stansiyaya çataraq ana və körpəyə tibbi müdaxilə edib. İlkin məlumata görə, hər iki şəxsin vəziyyəti qənaətbəxşdir.

Ana və körpə saat 08:06-da stansiyadan xəstəxanaya təxliyə olunublar.

"Bakı Metropoliteni olaraq, hadisənin təhlükəsiz və operativ şəkildə həllində iştirak edən bütün əməkdaşlara və tibbi personalına təşəkkür edirik", - Bakı Metropolitenindən bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir