Xətai rayonunda qadını avtobus vurub.
Modern.az-ın məlumatına görə, hadisə Gəncə prospektində qeydə alınıb.
31 yaşlı Xaliq Nəzərov idarə etdiyi avtobusla yolu keçən 58 yaşlı Adilə Həşimovanı vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.