Modern.az

Həyətindəki ota od vurdu, yanğın qonşu sahəyə keçdi

Həyətindəki ota od vurdu, yanğın qonşu sahəyə keçdi

Hadisə

8 Avqust 2025, 10:52

Avqustun 5-də Lerik rayonunun Çayrud kəndində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan Modern.az-a bildirilib ki, araşdırmalarla yanğının Çayrud kənd sakini 1987-ci il təvəllüdlü Cavid Əliyevin həyətində biçilmiş ot sahəsini yandırması və yanğının qonşusuna məxsus sahəyə keçməsi nəticəsində baş verdiyi məlum olub.

Cavid Əliyev məsuliyyətə cəlb edilib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir