Modern.az

Ağ Evdə tarixi görüşə hazırlıq - GÖRÜNTÜLƏR

Ağ Evdə tarixi görüşə hazırlıq - GÖRÜNTÜLƏR

Dünya

8 Avqust 2025, 21:43

Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşünə hazırlıq başa çatmaq üzrədir 

Modern.az xəbər verir ki, Ağ Ev ətrafında yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilib.

ABŞ Prezidenti Donald Tramp ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanla Oval Ofisdə ikitərəfli görüş keçirəcək. Daha sonra Tramp və Paşinyan arasında sənəd imzalanma mərasimi nəzərdə tutulub.

Bundan sonra Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə Oval Ofisdə ikitərəfli görüş keçirəcək. Görüşün sonunda Tramp və İlham Əliyev arasında da sənəd imzalanması planlaşdırılır.

İkitərəfli görüşlərdən sonra Tramp, İlham Əliyev və Paşinyan arasında üçtərəfli imzalanma mərasimi baş tutacaq.

Dövlət Departamentinin cədvəlinə əsasən, dövlət katibi Marko Rubio həm üçtərəfli görüşə, həm də imzalanma mərasiminə qatılacaq.

Görüşün sonunda jurnalistlər üçün Oval Ofisdə mətbuat konfransı keçirilməsi nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir