Modern.az

Evlərdən oğurluq edən 3 nəfər tutuldu

Evlərdən oğurluq edən 3 nəfər tutuldu

Hadisə

9 Avqust 2025, 18:09

Abşeron rayonu ərazisində yerləşən 3 evdən oğurluq hadisəsi qeydə alınıb. Belə ki, həmin evlərdən ümumilikdə 12 min manata yaxın pul və ümumi dəyəri 11 min manatdan çox olan qızıl-zinət və məişət əşyaları oğurlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə DIN-in mətbuat xidmətindən məlumat verilib.

 

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 49 yaşlı M.Quliyev, 34 yaşlı F.Kamallı və 39 yaşlı F.Verdiyev müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza