Modern.az

Maşın körpüdən aşıb yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR

Maşın körpüdən aşıb yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR

Hadisə

11 Avqust 2025, 00:17

İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb.

 

Modern.az "Report"a istinadən xəbər verir, hadisə Göyçay çayının rayonun Qalacıq kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsi körpüdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil körpüdən aşıb və yanmağa başlayıb.

 

Hadisə zamanı avtomobildə olan 3 nəfər - Bakı şəhər sakinləri; Səmra Həsənli, Gülsüm Həsənova və Rüfət Həsənov xəsarətlər alıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

 

Yaralılar avtomobildən çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Fakt araşdırılır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza