Modern.az

Baş redaktor tutuldu - FOTO

Baş redaktor tutuldu - FOTO

Hadisə

12 Avqust 2025, 11:15

Zərdab rayonunda hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, Zərdabda bir nəfərdən barəsində rüsvayedeci məlumatlar yayacağı hədəsi pul tələb edən “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bu şəxslərin əməllərindən zərər çəkənlər polisə məlumat verə bilərlər.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza