Modern.az

Bilgəhdə boğulan 19 yaşlı gəncin meyiti tapıldı

Bilgəhdə boğulan 19 yaşlı gəncin meyiti tapıldı

Hadisə

12 Avqust 2025, 11:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) dənizdə boğulan şəxslə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, iki gün öncə - 10 avqust 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Dalğıc-xilasedicilər tərəfindən vətəndaş - 2006-cı il təvəllüdlü Tapdıqov Cavid İlqar oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza