Azərbaycanda son bir il ərzində qeydə alınan məhkumların sayı məlum olub.
Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə müxtəlif cinayətlər törətmiş 15 885 nəfər məhkum olunub. Bu, əvvəlki illə müqayisədə bir qədər aşağı göstəricidir (2023-də 16 197 nəfər məhkum olunub).
Ötən il məhkum edilənlərin 15 241 nəfəri kişilər, 644 nəfər qadınlar olub.
2024-cü ildə məhkum olunanların 9 276 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Onlardan 285 nəfəri 14-17 yaşlı yeniyetmələrdir.
Ötən il 10 nəfər ömürlük azadlıqdan məhrum edilib.
366 nəfər isə 10 ildən 20 ildək azadlıqdan məhrumetmə cəzası alıb.
5 ildən 10 ilədək azadlıqdan məhrum edilənlərin sayı 1 921 nəfər olub.
A.Qorxmaz