Modern.az

Azərbaycanda 17 yaşlı qız itkin düşüb - FOTO

Azərbaycanda 17 yaşlı qız itkin düşüb - FOTO

Hadisə

16 Avqust 2025, 10:41

Şabranda 17 yaşlı qız itkin düşüb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Qeyd edilib ki, Şabran rayonu ərazisində yaşayan 17 yaşlı Aytən Ömərova 2025-ci il iyunun 19-da yaşadığı ünvandan Bakı şəhərində yaşayan xalasıgilə getmək adı ilə çıxıb gedərək bir daha geri qayıtmayıb.

"Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Şabran Rayon Polis Şöbəsinin (2335) 3-27-23 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu