Astara rayonunun Suparibağ kəndində 66 yaşlı kimi qətlə yetirilib.
Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.
Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin şəxsi münasibətlər zəmnində törədildiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır