Modern.az

Xocalıda yanğına səbəb oldu, polis yaxaladı

Xocalıda yanğına səbəb oldu, polis yaxaladı

Hadisə

19 Avqust 2025, 08:58

Avqustun 18-də Xocalı rayon Daşbulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin regional qrupundanbildirilib ki, araşdırmalarla yanğının, Xocalı rayonuna qonaq gəlmiş, 40 yaşlı Pərviz Quliyevin ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. 

P. Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal