Modern.az

Bakıda 46 yaşlı kişi qətlə yetirildi: şübhəli sevgilisidir

Bakıda 46 yaşlı kişi qətlə yetirildi: şübhəli sevgilisidir

Hadisə

19 Avqust 2025, 15:57

Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə avqustun 19-da gecə saatlarında qeydə alınıb.

1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal