Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
16:55
Astarada qətl hadisəsi baş verib.
Modrn.az-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi endirilib.
İlkin məlumata görə, onu oğlu Astara şəhər sakini, 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb.
Hadisə qısqanclıq zəminində baş verib. Meyit müayinə olunması üçün morqa təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.