Saatlı rayonunun Soltanabad kəndində “VAZ” markalı iki minik avtomobil toqquşub.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, qəza nəticəsində hər iki avtomobil yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.