Kürdəmirdə ağır yol qəzası baş verib. Hadisə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.
Modern.az xəbər verir ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Hadisə nəticəsində avtomobillərdən birinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.