Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı partlayış olub.
Kəlbəcər rayonunun Bərpa,Tikinti və İdarəetmə Xidmətindən Modern.az-a bildirilib ki, hadisə zamanı heç bir dağıntı və ya yanğın baş verməyib.
Yoxlanışı həyata keçirən 3 məsul şəxs və mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
23:28
Kəlbəcərdə qaz partlayıb.
Modern.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar Yevlax rayon sakini 2001-ci il təvəllüdlü E.Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü N.Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K.Əzimov və Samux rayon sakini 1991-ci il təvəllüdlü M.Sadıqzadədir. Məlumata görə yanıq xəsarətləri alanlar ustadırlar. Onlar Kəlbəcərdə yeni tikilən binalara qaz çəkənlər olub.
Faktla bağlı araşdırma aparılır.