Modern.az

Dağıstanda zəlzələ - Azərbaycan da silkələndi

Dağıstanda zəlzələ - Azərbaycan da silkələndi

Hadisə

27 Avqust 2025, 00:47

Dağıstanda 5,3 maqnitudada zəlzələ olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub.

Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.

***

00:47

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Modern.az bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.

Bu barədə sosial şəbəkələrdə də paylaşımlar edilib.

Məlumata görə, yeraltı təkanlar Qəbələ, Sumqayıt və Şabranda da hiss olunub.

Bunda başqa, zəlzələ Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gəncə şəhərində də qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım