Modern.az

Ağdamda dəhşət: azyaşlıya işgəncə verildi - Atası tutuldu

Ağdamda dəhşət: azyaşlıya işgəncə verildi - Atası tutuldu

Hadisə

27 Avqust 2025, 18:33

Ağdamda azyaşlı valideynləri tərəfindən işgəncəyə məruz qalıb.

Modern.az xəbər verir ki, körpənin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, körpə əqli qüsurlu olan hər iki valideyni tərəfindən əvvəllər də işgəncəyə məruz qalıb.

13.09.2023 təvəllüdlü R.M. 2024-cü ildə Ağdam məhkəməsinin qərarı ilə valideynlərindən alınaraq uşaq evinə verilib. Lakin bir müddət sonra Nəsimi rayon məhkəməsinin qərarı ilə yenidən valideynlərinə qaytarılıb. 

Azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.  

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı