Modern.az

Cəlilabadda ağır qəza - Ölən və yaralananlar var

Cəlilabadda ağır qəza - Ölən və yaralananlar var

Hadisə

1 Sentyabr 2025, 09:24

Cəlilabadda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar olub.

Modern.az-ın məlumatına görə, hadisə ötən gün qeydə alınıb.

Belə ki, 24.11.1989-cu il təvəllüdlü Sahib Ağayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olan 24.11.1980-ci il təvəllüdlü Musa Vəliyevin idarə etdiyi “Vaz-21074” markalı avtomobil ilə toqquşma baş verib.

Nəticədə “Vaz-21074” markalı avtomobildə olan sərnişin 23.02.2022-ci il təvəllüdlü Nazlı Vahibzadə almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Həmin avtomobildə olan digər şəxslər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci mаddəsi ilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular