Modern.az

Bulvarda dənizdə batan qadın xilas edildi - VİDEO

Bulvarda dənizdə batan qadın xilas edildi - VİDEO

Hadisə

1 Sentyabr 2025, 14:16

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1999-cu il təvəllüdlü Rzayeva Jalə Şakir qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular