Modern.az

Sumqayıt zavodunda yanğın

Sumqayıt zavodunda yanğın

Hadisə

1 Sentyabr 2025, 19:33

Sumqayıt şəhəri ərazisində karton məmulatlarının istehsalı zavodunda yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, hadisə ilə bağlı FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub:

 

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində zavodun həyətində baş vermiş yanğın genişlənməsinə, o cümlədən zavod binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində zavodun ərazisində 1800 kv.m sahədə yığılmış karton tullantıları 450 kv.m sahədə yanıb.

 

Zavodun binası və ətraf ərazilər yanğından mühafizə olunub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular