Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Heydər Əliyev küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Modern.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.