Modern.az

Lənkəranın dağ kəndində yanğın 

Lənkəranın dağ kəndində yanğın 

Hadisə

2 Sentyabr 2025, 18:21

Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda açıq sahədə başlayan yanğın Hirkan Milli Parkının ərazisinə keçib.

 

Modern.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və 15 şəxsi heyəti cəlb olunub. Aidiyyəti qurumların nümayəndələri, eləcə də Hirkan Milli Parkının rəhbərliyi hadisə yerindədir.

 

Yanğın nəzarət altına alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular