Modern.az

Biləsuvarda 3 maşın toqquşdu - ölən var

Biləsuvarda 3 maşın toqquşdu - ölən var

Hadisə

3 Sentyabr 2025, 23:11

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Köhnə Bakı–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Modern.az xəbər verir ki, ilkin məlumata görə, iki minik və bir yük avtomobilinin toqquşması ilə nəticələnən qəzada bir nəfər həyatını itirib.

 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların hamısının Cəlilabad rayon sakinləri olduğu bildirilir.

 

Hadisənin təfərrüatları araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular