Masallıda 17 yaşlı oğlan su hövzəsinə yıxılıb.
Modern.az xəbər verir ki, Sirəbil kəndində yaşayan 2008-ci il təvəllüdlü Nəhmətov Ziyafət Şaiq oğlu ehtiyatsızlıqdan atdan su hövzəsinə yıxılaraq boğulub ölüb.
Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.
***
Biləsuvar rayonunda yeniyetmə su kanalında boğulub.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Nərimankənd kəndindən qeydə alınıb.
Kənd sakini, 17 yaşlı Quluzadə İqbal İlqar oğlu Cənub Muğan kanalının üzərindən keçən zaman körpüdən kanala düşərək boğulub.
Yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.