Modern.az

Füzulidə yanğın törədən şəxs həbs olundu

Füzulidə yanğın törədən şəxs həbs olundu

Hadisə

5 Sentyabr 2025, 11:32

Sentyabrın 4-də Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular