Modern.az

Bakı-Sumqayıt yolunda qəza - Yük maşını sərnişin avtobusuna çırpıldı

Bakı-Sumqayıt yolunda qəza - Yük maşını sərnişin avtobusuna çırpıldı

Hadisə

6 Sentyabr 2025, 09:00

Bakı-Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az “Report”a istinadən xəbər verir ki, sözügedən ərazidə yük maşını Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinə işləyən 9 nömrəli marşrut avtobusuna arxadan çırpılıb.

İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər yaralı Sumqayıt şəhər xəstəxanalarının birinə çatdırılıb.

Xəstəxanadan saytımıza açıqlamasında bildirilib ki, yaralıların vəziyyəti normaldır, lazımi tibbi müainələr göstərildikdən sonra evə buraxılacaqlar.

 




Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular