Modern.az

Oğuzda maşın aşdı - Ölən var

Oğuzda maşın aşdı - Ölən var

Hadisə

7 Sentyabr 2025, 00:52

Oğuzda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə Kərimli kəndində qeydə alınıb. Hərəkətdə olan “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Qəza ilə bağlı cinayət işi başlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular