Modern.az

Bakı-Qazax yolunda maşın aşdı - Ölən var

Bakı-Qazax yolunda maşın aşdı - Ölən var

Hadisə

7 Sentyabr 2025, 21:50

Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 29 yaşlı Əhliman Mehdiyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular