Modern.az

Biləsuvarda yanğın - 2 nəfər xəsarət aldı

Biləsuvarda yanğın - 2 nəfər xəsarət aldı

Hadisə

8 Sentyabr 2025, 09:00

Biləsuvar rayonunda ehtiyatsızlıqdan yanğın baş verib, 2 nəfər xəsarət alıb.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Lətif Məmmədov öz həyətində yemçəkən aqreqatı təmir edən zaman qısaqapanma əmələ gəlib.

Bu vaxt L.Məmmədov və ona təmirə kömək edən 1974-cü il təvəllüdlü Cavid Bayramov yanıq xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?