Modern.az

Ağsuda ağır qəza - Ölən və yaralananlar var

Ağsuda ağır qəza - Ölən və yaralananlar var

Hadisə

8 Sentyabr 2025, 09:54

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə səhər saatlarında Şamaxı–Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Modern.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili ilə yük maşını toqquşub. Qəza nəticəsində minik maşınında olan İsa Sadıqov hadisə yerində həyatını itirib. İlkin məlumata görə, xəsarət alanlar da var.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?