Modern.az

Bakı-Qazax yolundakı dəhşətli qəzanın səbəbi AÇIQLANDI

Bakı-Qazax yolundakı dəhşətli qəzanın səbəbi AÇIQLANDI

Hadisə

8 Sentyabr 2025, 14:00

Sentyabrın 7-də, saat 16:30 radələrində Bakı–Qazax yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində “Mercedes” markalı yük avtomobilinin iştirakı ilə qəza baş verib.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hadisənin səbəbini açıqlayıb.

Bildirilib ki, Türkiyə vətəndaşı, 2002-ci il təvəllüdlü Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasındakı maneələrə çırpılıb, daha sonra qeyri-yaşayış obyektinə daxil olub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzanın səbəbi sükan arxasında yatan sürücünün diqqətinin itməsi olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?