Modern.az

Həbib Nurməhəmmədov MMA-dan getdi

Həbib Nurməhəmmədov MMA-dan getdi

İdman

8 Yanvar 2023, 08:26

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov MMA-dan (qarışıq döyüş növləri) gedib.

 

Modern.az TASS agentliyinə istinadla xəbər verir ki, o, artıq məşq keçməyəcək və təlim-məşq toplanışında komanda ilə birlikdə olmayacaq.

 

Bildirilib ki, idmançı bu addımı daha çox ailəsi ilə vaxt keçirmək üçün atıb.

 

Qeyd edək ki, 34 yaşlı Nurməhəmmədov 2020-ci ilin oktyabrında UFC-dən ayrılıb. Ümumilikdə, qarışıq döyüş növləri üzrə onun 29 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!