Modern.az

Heydər Əliyevin  95 illiyi ilə bağlı II Alman-Azərbaycan Neyroradioloji Simpoziumu olacaq  

Heydər Əliyevin  95 illiyi ilə bağlı II Alman-Azərbaycan Neyroradioloji Simpoziumu olacaq  

4 Aprel 2018, 18:01

27-28 aprel 2018-ci il tarixlərində Bakı şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş II Alman-Azərbaycan Neyroradioloji Simpoziumu keçiriləcəkdir. Budəfəki tədbirdə serebrovaskulyar xəstəliklərin neyroradioloji müasir diaqnostikasından və ən son müalicə metodlarından danışılacaqdır. Eyni zamanda serebrovaskulyar xəstəliklərin nevroloji aspektdən qiymətləndirilməsinə və müalicəsinə də böyük yer veriləcəkdir. Adı çəkilən tədbir Almaniyanın Köln Universitet Klinikasında həkim radioloq kimi çalışan gənc həmyerlimiz tibb elmləri doktoru Nuran Abdullayevin təşəbbüsü ilə baş tutacaqdır. Tədbirdə Almaniyanın Aachen Universitet Klinikasında eksperimental neyroradiologiyanın rəhbəri Prof. Dr. med. Anastasios Mpotsaris, Bremen Klinikasında nevroloji klinikanın direktoru Prof. Dr. med. Andreas Kastrup və neyroradiologiyanın direktoru Priv.-Doz. Dr. med. Panagiotis Papanagiotou, Goettingen Universitet Klinikasının neyroradioloji klinikasının şöbə müdiri Dr. med. Volker Maus, Köln Universitet Klinikasının Radiologiya və Neyroradiologiya institutunun həkim radioloqu Dr. med. Nuran Abdullyev və Stuttgart Klinikasının həkim radioloqu Dr. med. Babak Rostamzadeh çıxış edəcəklər. Simpoziumda Azərbaycan tərəfi də həkim professor heyəti ilə iştirak edəcəklər. Tədbirə Türkiyədən də həkim professorlar çıxışlarla qatılacaqlar.

II Alman-Azərbaycan Neyroradioloji Simpoziumuna həmsədrlik Azərbaycan tərəfindən Professor Rəna Şirəliyevaya, Almaniya tərəfindən isə Prof. Dr. med. Anastasios Mpotsarisə həvalə edilmişdir.

Keçən il olduğu kimi bu il də Simpoziumda Azərbaycanda STROKE mərkəzinin qurulması və onun təşkili haqqında Almaniyadan dəvət alan qonaqlar tərəfindən söhbət açılacaqdır. Bundan başqa beyin damarlarının anevrizmasında bu günə qədər Azərbaycanda icra olunmayan müalicə metodları barəsində çıxışlar olacaqdır.

Simpoziumun ikinci günü aprelin 28-i Azərbaycanda ilk dəfə olaraq Zəfəran Hospitalda Prof. Dr. med. Anastasios Mpotsaris, Dr. med. Volker Maus və Dr. med. Nuran Abdullayevin rəhbərliyi ilə Stroke xəstələrində icra olunan trombektomiya əməliyyatının model üzərində workshop-u keçiriləcəkdir.


Tədbir aprel ayının 27-i saat 09:00-da Fəxri Xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarətlə başlayacaq və saat 10:30-dan etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında davam edəcəkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur