Dünya çempionatında 1/8 finalın daha bir iştirakçısı bəlli olub.
Modern.az xəbər verir ki, D qrupunun III turunda Danimarka yığmasını minimal hesabla məğlub edən Avstraliya adını pley-offa yazdırıb.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Avstraliya seçməsi Fransadan sonra qrup ikincisi kimi növbəti mərhələyə adlayıb. Komanda növbəti raundda C qrupunu ilk sırada bitiran yığma ilə qarşılaşacaq.
***
19:06
Dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyunu başlayıb.
Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.