Meksika millisi Qətərdə keçirilən dünya çempionatında qrupda qalıb.
Modern.az xəbər verir ki, Şimali Amerika təmsilçisi C qrupunun son turunda Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finala keçə bilməyib.
Bu nəticədən sonra Meksika millisi Polşa ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə görə rəqibindən geri qalıb və çempionatla vidalaşıb.
***
00:26
Dünya çempionatında Səudiyyə Ərəbistanı və Meksika yığmaları arasında C qrupunun III tur oyununda növbəti qol vurulub.
Modern.az xəbər verir ki, Luis Çaves 52-ci dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib - 2:0.
***
00:16
Dünya çempionatında Səudiyyə Ərəbistanı və Meksika yığmaları arasında C qrupunun III tur oyununda ilk qol vurulub.
Modern.az xəbər verir ki, 48-ci dəqiqədə Enri Martin Şimali Amerika təmsilçisini hesabda önə keçirib.
***
23:04
Dünya çempionatında Səudiyyə Ərəbistanı və Meksika yığmaları arasında C qrupunun III tur oyunu start götürüb.
Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
***
22:17
Dünya çempionatının C qrupunun III turunda üz-üzə gələcək Səudiyyə Ərəbistanı və Meksika yığmalarının start heyətləri bəlli olub.
Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:
Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Sultan Əl-Qanam, Saleh Əl-Şəhri, Əli Əl-Həssən, Həsən Əl-Tambakti, Məhəmməd Kanno
Meksika: Gilyermo Oçoa, Sesar Montes, Enri Martin, Eduardo Pinedo, Ektor Moreno, Edson Alvares, Luis Çaves, Xesus Qalyardo, İrvinq Lozano, Aleksis Veqa, Xorxe Sançes