Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Modern.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi buna C qrupunun sonuncu - 3-cü turunda Polşa yığmasını 2:0 hesabı ilə məğlub etməklə nail olub.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Argentina millisi qrup birincisi kimi pley-offa adlayıb və Avstraliyaya rəqib olub.
Bu qrupdan çıxan digər komanda isə Polşa millisi olub. Avropa təmsilçisi Meksika ilə eyni - 4 xala malik olsa da, topların nisbətinə (2:2) Cənubi Amerika kollektivini (2:3) üstələyib və 1/8 finala keçib. Avropa təmsilçisi bu mərhələdə Fransa ilə qarşılaşacaq.
***
00:41
Qətərdə keçirilən dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyununda hesab dəyişib.
Modern.az xəbər verir ki, Cənubu Amerika təmsilçisi 2-ci qolu avropalıların qapısından keçirib. 68-ci dəqiqədə Xulian Alvares fərqlənib.
***
00:14
Dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, 46-cı dəqiqədə fərqlənən Aleksis Makallister Cənubi Amerika təmsilçisini önə keçirib.
***
23:05
Dünya çempionatında Polşa və Argentina yığmaları arasında C qrupunun III tur oyunu başlayıb.
Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
22:27
Dünya çempionatının C qrupunun III turunda üz-üzə gələcək Polşa və Argentina yığmalarının start heyətləri açıqlanıb.
Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Karol Sviderski
Argentina: Emiliano Martines, Nikolas Otamendi, Nauel Molina, Markos Akunya, Xulian Alvares, Rodriqo de Paul, Entso Fernandes, Kristian Romero, Aleksis Makallister, Anxel Di Mariya, Lionel Messi
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.