Modern.az

Meksika millisinin baş məşqçisi istefa verdi

Meksika millisinin baş məşqçisi istefa verdi

İdman

1 Dekabr 2022, 08:46

Futbol üzrə Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.

 

Modern.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin III turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra istefa qərarını açıqlayıb.

 

Argentinalı baş məşqçi qrupda qaldıqlarına görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

 

Qeyd edək ki, Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə 1/8 finala yüksələ bilməyib.

 

Onu da bildirək ki, Xerardo Martino 2019-cu ildən Meksika millisində işləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi