Modern.az

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırıldı

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırıldı

İdman

2 Dekabr 2022, 17:16

AFFA İntizam Komitəsi “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb.

 

Modern.az xəbər verir ki, buna 48 yaşlı mütəxəssisin U-17 Liqasında “Turan Tovuz”la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.

 

M.İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. Klub bunun üçün 4 min manat məbləğində cərimə edilib.

 

Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi