Braziliya millisi dünya çempionatının G qrupunu ilk pillədə tamamlayıb.
Modern.az xəbər verir ki, komanda Kameruna 0:1 hesabı ilə uduzsa da, qrup liderliyini qoruyub.
Bu nəticədən sonra 6 xalı olan "sambaçılar" 1/8 finala yüksəlib. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Kamerun seçməsi 4 xalla 3-cü yeri tutaraq, dünya çempionatında mübarizəni dayandırıb.
***
00:55
Qətərdə keçirilən dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, Afrika təmsilçisi 90+2-ci dəqiqədə Vensan Abubakarın qolu ilə hesabda önə keçib.
***
23:01
Dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyunu başlayıb.
Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
22:14
Dünya çempionatının G qrupunun III turunda üz-üzə gələcək Kamerun və Braziliya yığmalarının start heyətləri açıqlanıb.
Modern.az xəbər verir ki, komandalar matça aşağıdakı heyətlərlə başlayacaqlar:
Kamerun: Devis Epassi, Kollins Fai, Nuhu Tolo, Pyer Malonq Kunde, Zambo Angiza, Brayan Mbeumo, Erik Şupo-Motinq, Kristofer Vu, Entso Eboss, Mumi Nqamalyo, Vensan Abubakar
Braziliya: Ederson, Eder Militao, Aleks Telles, Daniel Alves, Fred, Fabinyo, Rodriqo, Antoni, Qabriel Jezus, Qabriel Martinelli