Modern.az

 “Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO

 “Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO

2 Dekabr 2022, 22:52

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

 

Modern.az xəbər verir ki, günün yaganə oyununda "Neftçi" klubu "Qarabağ"ı qəbul edib.

 

“Bakcell Arena”da keçirilən qarşılaşma Ağdam komandasının 4:0 hesablı qələbəsi ilə bitib.

 

"Qarabağ"ın qollarını 37-ci dəqiqədə Kadi Borges, 60-cı dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Ramil Şeydayev vurub. 83-cü dəqiqədə Kadi Borges cərimə zərbəsindən baxımlı qola imza ataraq dubl edib.

 

Bu qələbə sayəsində xallarının sayını 44-ə çatdıran “Qarabağ” komandası birinci pillədə qərarlaşıb, "Neftçi" isə 32 xalla üçüncü sıradadır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi