Modern.az

“Qəbələ” dördüncü pilləyə yüksəldi

“Qəbələ” dördüncü pilləyə yüksəldi

İdman

3 Dekabr 2022, 19:19

“Qəbələ” futbol klubu “Səbail”ə qalib gələrək turnir cədvəlində dördüncü pilləyə yüksəlib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən görüşün 5-ci dəqiqəsində paytaxt klubunun futbolçusu Kizito Luvaqa hesabı açıb.

 

Matçın 35-ci dəqiqəsində “Qəbələ”nin yarımmüdafiəçisi Feras Abu Akal hesaba tarazlıq gətirib. Qarşılaşmanın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

İkinci hissəyə daha fəal başlayan “Qəbələ” oyunun 65-ci dəqiqəsində hesabda önə keçib. Ülvi İsgəndərovun vurduğu qol matçın taleyini həll edib.

 

Beləliklə, görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi