Modern.az

DÇ-2022: Fransa Polşaya, İngiltərə Seneqala qarşı

DÇ-2022: Fransa Polşaya, İngiltərə Seneqala qarşı

4 Dekabr 2022, 09:40

Qətərdə futbol üzrə dünya çempionatının pley-off mərhələsi davam edir. Bu gün dörddəbir finala adlayacaq daha iki komanda məlum olacaq.

 

Modern.az xəbər verir ki, günün ilk matçında Fransa və Polşa yığmaları üz-üzə gələcəklər.

 

“Al Tumama” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu venesuelalı FIFA referisi Xesus Valensuela idarə edəcək.

 

Günün digər matçı isə İngiltərə ilə Seneqal yığmaları arasında oynanılacaq. “Əl Beyt” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi salvadorlu İvan Barton olacaq.

 

Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi