Modern.az

Tayson çempion titulunu qorudu

Tayson çempion titulunu qorudu

İdman

4 Dekabr 2022, 12:15

Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri növbəti döyüşünü həmyerlisi Derek Çisora qarşı keçirib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Londonda keçirilən döyüşdə T.Fyuri onuncu raundda rəqibini texniki nokautla məğlub edib. Çisora döyüş zamanı çoxlu zərbələr alıb və hakimin fikrincə, o artıq özünü müdafiə edə bilməyib.

 

Otuz üç yaşlı T.Fyurinin aktivində 34 qələbə və bir heç-heçə var. Onunla rəqibi Çisora isə karyerası ərzində 32 qələbə qazanıb, 13 dəfə məğlub olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi