Modern.az

İngiltərə 1/4 finalda Fransaya rəqib oldu - YENİLƏNİB

İngiltərə 1/4 finalda Fransaya rəqib oldu - YENİLƏNİB

İdman

5 Dekabr 2022, 00:54

İngiltərə millisi futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib.

 

Modern.az xəbər verir ki, Avropa təmsilçisi Seneqal yığmasını 3:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıb.

 

Qeyd edək ki, İngiltərə komandası 1/4 finalda Fransa kollektivi ilə qarşılaşacaq.

 

***

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final oyununda hesab dəyişib.

 

Modern.az xəbər verir ki, 57-ci dəqiqədə Bukayo Saka 3-cü topu afrikalıların qapısından keçirib - 3:0.

 

***

İngiltərə və Seneqal yığmaları arasında 1/8 final oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, matçın 39-cu dəqiqəsində Cordan Henderson İngiltərəni önə çıxarıb.

 

Görüşün ilk hissəsinin sonuncu dəqiqəsində Hari Keyn hesab arasında fərqi artırıb - 2:0

 

***

Dünya çempionatında İngiltərə və Seneqal yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

***

22:11

 

Dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək İngiltərə və Seneqal yığmalarının start heyətləri məlum olub.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

 

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 17. Bukayo Saka, 20. Fil Foden, 22. Cud Bellingem

 

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 6. Nampali Mendi, 14. İsmail Yakobs, 15. Krepin Diatta, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 18. İsmaila Sarr, 21. Yussuf Sabali

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir